Siyasət

  • 3 594

Asiya PA: Azərbaycan xalqı öz iradəsi əsasında dəstəklədiyi namizədə səs verdi

image

Azərbaycan xalqı öz iradəsi əsasında dəstəklədiyi namizədə səs verdi. Bu seçkilərin Azərbaycan xalqı üçün uğurlu olmasını diləyirik. Sechki-2018.az saytının xəbərinə görə, bunu Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkilərində səsvermə prosesini izləyən Asiya Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, Assambleyanın xüsusi nümayəndəsi, Türkiyə Böyük Millət Məclisinin deputatı Burhan Kayatürk müşahidələrin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.B.Kayatürk bildirib ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti gün əzrində həm paytaxtın mərkəzində, həm də şəhərətrafı qəsəbələrdə səsvermə prosesinin gedişini müşahidə ediblər. Səsvermə prosesinin azad və şəffaf şəkildə keçirildiyini söyləyən xüsusi nümayəndə əlavə edib ki, məntəqələrdə həm yerli, həm də beynəlxalq müşahidəçilərin sərbəst müşahidə aparması üçün hər cür şərait yaradılıb.Mətbuat konfransında çıxış edən Banqladeş parlamentinin üzvü Nazrul İslam Çovdhuri də səsvermə prosesinin çox yüksək səviyyədə keçirildiyini vurğulayaraq 11 aprel prezident seçkilərini nümunəvi seçkilər kimi qiymətləndirib.

yap.org.az

Digər xəbərlər