Siyasət

  • 4 884

YAP-ın təşkilatçılığı ilə "İlhamla irəli" konsert proqramı keçirilib

image

Bu gün axşam saatlarında Bakıda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən "İlhamla irəli" adlı konsert proqramı keçirilib. SİA-nın verdiyi məlumata görə, konsert öncəsi çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bu gün keçirilən prezident seçkilərini Azərbaycan üçün tarixi gün adlandırıb.A.Əlizadə xalqın doğru seçim etdiyini vurğulayaraq, Azərbaycanı irəlidə daha böyük uğur və inkişaf gözlədiyini diqqətə çatdırıb.Sonra aparıcı müğənnilərin iştirakı ilə konsert proqramı təqdim olunub.Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.

sia.az

Digər xəbərlər