Talaybek Masabirov: "Seçicilər üçün tam bərabər şərait yaradılmışdı"

"Mən İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edirəm!". SİA-nın xəbərinə görə, bunu Qırğızıstan Parlamentinin üzvü, Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Talaybek Masabirov prezident seçkilərinin yekunlarına dair bu gün təşkil olunan mətbuat konfransında deyib.Onun sözlərinə görə, Qırğızıstan Parlamentinin nümayəndə heyəti dünən təxminən 10 məntəqədə seçkinin gedişatını izləyib: "Seçicilər üçün tam bərabər şərait yaradılmışdı. Hər şey qanuna müvafiq keçdi".T.Masabirov əlavə edib ki, Azərbaycan və Qırğızıstan dost ölkələrdir: "Qoy, həmişə bizim aramızda dostluq olsun və ölkələrimiz inkişaf etsin".

sia.az