Siyasət

  • 4 061

Böyük Britaniya nümayəndə heyəti: "Seçki prosesi açıq və şəffaf keçirilmişdir"

image

"Azərbaycanda keçirilmiş prezident seçkisi yaxşı təşkil olunmuşdu". SİA-nın verdiyi məlumata görə, bunu Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Devid Tomas Moris prezident seçkilərinin yekunlarına dair bu gün təşkil olunan mətbuat konfransında deyib.Onun sözlərinə görə, Britaniyadan gəlmiş nümayəndə heyəti ilə birgə 7 seçki məntəqəsində olublar: "Müşahidələrimiz göstərdi ki, hər şey çox gözəl təşkil olunmuşdu. Seçicilərin gəlməsindən başlamış səsverməyə qədər".Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Devid Evans isə qeyd edib ki, seçki məntəqələrində olarkən komissiya üzvləri onları çox yaxşı qarşılayıb: "Seçki prosesi açıq və şəffaf keçirilmişdir".Britaniyanın "London Post" qəzetinin baş redaktoru Şahid Qureşi də seçkilərlə bağlı öz fikirlərini bölüşüb: "Məntəqələrdə yerli müşahidəçilər və media nümayəndələri vardı. Onlar çox fəal idilər. Bu göstərir ki, Azərbaycanda insanlar seçkiyə çox fəallıqla yanaşıblar".

sia.az

Digər xəbərlər