Siyasət

  • 3 424

Qazaxıstan Senatının üzvü: "Hər yerdə normal səsvermə gördük"

image

"Azərbaycandakı prezident seçkilərində normal səsvermə üçün lazım olan hər şey edilmişdi". SİA-nın xəbərinə görə, bunu Qazaxıstan Senatının üzvü Abdalı Nuraliyev prezident seçkilərinin yekunlarına dair bu gün təşkil olunan mətbuat konfransında deyib.Onun sözlərinə görə, seçki zamanı heç bir qanun pozuntusunun şahidi olmayıblar: "İlk növbədə cənab İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm! Həqiqətən, seçki ilə bağlı böyük təşkilati işlər görülüb. Hər yerdə yaxşı atmosfer vardı. Normal səsvermə üçün lazım olan hər şey edilmişdi. Olduğumuz məntəqələrin heç birində pozuntunun şahidi olmadıq, hər şey qanuna uyğun təşkil olunmuşdu".Qazaxıstan Məclisinin üzvü Maqerram Maqerramov də qeyd edib ki, onlar hansısa qanun pozuntusu ilə rastlaşmayiblar: "Biz Bakı və Sumqayıtda 10 məntəqədə olduq. Hər yerdə normal səsvermə gördük. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Bizə məntəqələrdə kimsə narazılıq bildirmədi".

sia.az

Digər xəbərlər