Siyasət

  • 3 451

Klod Monike: "Seçkilər müsbət mühitdə təşkil olunub"

image

"Mərkəzi ofisi Brüssel şəhərində yerləşən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin müşahidə missiyasının qənaətinə görə, aprelin 11-də keçirilən prezident seçkiləri azad keçirilib, səmərəli qaydada və müsbət mühitdə təşkil olunub. Kampaniya müddətində heç bir qayda pozuntusu qeydə alınmayıb" . SİA-nın verdiyi məlumata görə, bunu missiyanın rəhbəri, Mərkəzin baş icraçı direktoru Klod Monike bu gün keçirdikləri brifinqdə deyib.O bildirib ki, aprelin 11-də Bakı ərazisində 20 seçki məntəqəsində müşahidə aparıblar: "Müşahidələr zamanı seçkilərin dinc, yüksək şəffaflıq, beynəlxalq standartlara riayət olunması şəraitində keçirilməsinin şahidi olduq. Müşahidələrimizə əsasən deyə bilərik ki, seçkilər azad, ədalətli, şəffaf şəkildə davam etdirilib. Seçicilərə heç bir təzyiqlər olmayıb. Müşahidə apardığımız 20 seçki məntəqəsinin nəticələri seçki prosesinin sonunda xüsusi qutuda möhürlənərək Mərkəzi Qərargaha göndərildi".Klod Monike onu da əlavə edib ki, seçki zamanı qeydiyyat siyahıları hüquqi prosedura müvafiq olaraq təşkil olunub, xüsusi görünməz mürəkkəbdən istifadə edilib, məntəqələrdə veb kameralar quraşdırılıb: "Bütün bunlar seçki prosesinin şəffaflığını artırır. Beləliklə, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi təsdiq edir ki, prezident seçkiləri ədalətli və legitimdir. Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edib".

sia.az

Digər xəbərlər