Siyasət

  • 3 090

İtaliyalı müşahidəçi: "Səslərin sayılması düzgün qaydada aparıldı"

image

GİSDİ QHT-nin dəvəti ilə Azərbaycanda səfərdə olan İtaliyanın keçmiş senatorlarından ibarət qrup dünən keçirilən prezident seçkiləri zamanı seçki prosedurlarının şəffaflıq səviyyəsini qiymətləndiriblər. SİA-nın məlumatına görə, qrupun üzvü Franko Orsi bildirib ki, seçki günü ölkədə vəziyyət sakit və dinc olub, polis tərəfindən seçkiyə müdaxilə halları qeydə alınmayıb.O bildirib ki, bülletenlərdə namizədlərin siyahısı düzgün qeyd olunub: "Səsvermədən əvvəl məntəqələrdəki seçki qutularında heç bir bülleten olmayıb. Seçicilər şəxsiyyət vəsiqələrinin qeydiyyat siyahısı ilə uyğunlaşdırma rolu ilə müəyyən edilirdi. Seçicilərin iştirakının təsdiqlənməsi üçün onların barmaqlarına xüsusi gözəgörünməz mürəkkəb vurulurdu".F.Orsi əlavə edib ki, seçki günü yüksək seçici fəallığı müşahidə olunub. Seçki günü seçki məntəqələrinə gəlmək imkanı olmayan seçicilər üçün evlərində səs vermək imkanı yaradılıb və seçki məntəqələrində əlillər üçün pantuslar quraşdırlmışdı:"Səsvermə bitdikdən sonra bizə digər müşahidəçilərlə birlikdə səslərin sayılması prosesində iştirak etməyə icazə verildi. Səslərin sayılması mütəşəkkil və düzgün qaydada aparıldı. İtaliyalı müşahidəçilər kimi seçkilərin azad və şəffaf keçirilməsindən razılığımızı bildiririk. Seçicilərin heç bir müdaxilə olmadan sərbəst şəkildə səsvermə hüquqlarından istifadə etməsindən məmnunluq duyuruq".

sia.az

Digər xəbərlər