Siyasət

  • 3 803

Azadlıq və Demokratiya Fondu: Seçki prosesində missiyamız hər hansı problem müşahidə etmədi

image

Azadlıq və Demokratiya Fondunun seçkiləri müşahidə missiyasının üzvləri (İspaniya) aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair bəyanat yayıblar.

Missiyanın üzvü Pere Masias Arau Azərbaycanda prezident seçkilərinin ölkənin Seçki Məcəlləsinə uyğun təşkil olunduğunu söyləyib. O deyib ki, missiyanın üzvləri Bakıda, Qubada və Sumqayıtda çoxsaylı seçki məntəqəsində müşahidə aparıblar. Missiyanın qənaətinə görə, səsvermə sakit və dinc şəraitdə keçib. Seçkilər beynəlxalq standartlara uyğun təşkil edilmişdi. Seçki məntəqələrinə giriş azad və müdaxiləsiz idi. Səsvermənin gizliliyi qorunurdu. Səslərin sayılması prosesi də qaydalara uyğun aparılıb və missiya hər hansı problem müşahidə etməyib. Bir sıra məntəqələrin qarşısında “exit-poll” keçirilirdi. Bunun üçün də əlverişli şərait yaradılmışdı.

yap.org.az

Digər xəbərlər