YAP İcra katibinin müavini Mübariz Qurbanlı Qazaxıstanın “Nur Otan” partiyasından olan müşahidəçilərlə görüşüb

YAP İcra katibinin müavini, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 12-də MDB müşahidə missiyası tərkibində Azərbaycandakı prezident seçkilərini müşahidə edən Qazaxıstanın “Nur Otan” partiyasından olan nümayəndə heyəti ilə partiyanın mənzil-qərargahında görüşüb.Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP İcra katibinin müavini Mübariz Qurbanlı Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası, eləcə də, Yeni Azərbaycan Partiyası ilə “Nur Otan” Partiyası arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.Öz növbəsində nümayəndə heyətinin rəhbəri, “Nur Otan” partiyasının katibi Kanıbek Jumaşev Yeni Azərbaycan Partiyasının namizədinin azad, ədalətli və şəffaf keçirilən seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edərək vurğulayıb ki, üst-üstə düşən maraqlar ölkələrimiz və partiyalarımız arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.Görüşdə iştirak edən YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva isə partiyanın xarici əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verib.

yap.org.az