Siyasət

  • 3 426

Elman Nəsirov: ATƏT DTİHB həmişə Azərbaycana əvvəlcədən hazırlanmış qərəzli hesabatla gəlir

image

"Biz dəfələrlə şahidi olmuşuq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçirilən seçkilərlə bağlı mənfi mövqe ortaya qoyub və bir çox hallarda Azərbaycanda seçkiləri müşahidə etmək üçün gələrkən artıq hazır hesabatları olub".

Bunu ATƏT DTİHB-nin müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransında səsləndirdiyi qərəzli fikirlərə münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, ATƏT DTİHB yenə də əvvəlki mövqeyindən əl çəkmədi: “Çox istərdik ki, bu dəfə ATƏT DTİHB nəhayət Azərbaycanda keçirilən seçkilərlə bağlı ədalətli, obyektiv, reallığı əks etdirən bir yanaşma ortaya qoysun. Ancaq çox təəssüf ki, bu dəfə də onların mövqeyində fərqli, obyektiv bir yanaşma diqqəti cəlb etmədi. Yenə də onlar öncədən hazırlanmış bir hesabatla Azərbaycana gəldilər və seçkilərlə bağlı heç bir müsbət məsələni qeydə almaq istəmədilər”.

yap.org.az

Digər xəbərlər