Siyasət

  • 3 558

Siyasi şərhçi: “Mətbuatın boğulması ilə bağlı deyilənlər cəfəngiyyatdır”

image

“Açığını deyim ki, mən xeyli təəccüblənmişəm. Çünki bütün səsvermə günü şəxsən müşahidə aparmışam və beynəlxalq xarici medianı izləmişəm. Eyni zamanda ayrı-ayrı müşahidə missiyalarının mətbuat konfranslarında iştirak etmişəm. Yəni xaricdən gələn çoxsaylı müşahidə missiyalarının dördünün mətbuat konfransında birbaşa iştirak etmişəm. Avstraliyadan tutmuş İtaliyaya, Argentinaya qədər müxtəlif ölkələri təmsil edən müşahidə missiyaları mətbuat konfransları keçiriblər”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Azər Həsrətin sözlərinə görə, onların hamısı birmənalı şəkildə Azərbaycanda keçirilən səsverməni yüksək dəyərləndiriblər və heç bir missiya hər hansı pozuntu haqqında məlumat vermədi: “Hətta Avstaliyadan, başqa-başqa ölkələrdən olan nümayəndələr Azərbaycanda tətbiq olunan texnologiyaları öyrənib öz ölkələrində tətbiq etməyin zərurətindən danışırdılar. Yəni o adamlar deyirdilər ki, burada elə bir şərait yaradılıb ki, insanlar sakit və rahat bir şəkildə gəlib səs verə bilirlər. Eyni zamanda mətbuatın boğulması ilə bağlı deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil. Çünki bu seçki kampaniyası başladığı dövrdən bu günə qədər Azərbaycanda heç bir jurnalistə qarşı hər hansı addım atılmayıb. Həbs edilən, döyülən və tutulub saxlanılan olmayıb. Ümumiyyətlə səsvermə prosesini bütvölükdə seçki prosesini izləmək istəyən heç bir jurnalistə əngəl törədilməyib. O zaman bunlar nəyə əsaslanıb deyirlər ki, mətbuatın fəaliyyətinə əngəllər törədilib. Yəni bütün bunlar qərəzdən xəbər verir və əsassızdır. Biz bunları rədd edirik”.

sia.az

Digər xəbərlər