Siyasət

  • 4 816

ATƏT DTİHB-nin qərəzli “rəyinə” etirazlar artır

image

Sosial şəbəkələrdə ATƏT DTİHB-nin, ATƏT PA-nın və AŞPA-nın seçki müşahidə missiyasının prezident seçkilərinin nəticələri ilə bağlı “rəyinə” qarşı etirazlı fikirlər artmaqdadır. SİA-xəbər verir ki, mövzu ilə bağlı aparılan araşdırmalardan sonra sözügedən mənzərə görünməkdədir. Ümumiyyətlə, Avropanın adıçəkilən qurumlarının müşahidəçilərinin dünən keçirdikləri mətbuat konfransı zamanı dedikləri absurd fikirlərinin bilavasitə Azərbaycan seçicisinin iradəsinə qarşı çıxması bir daha belə qənaətə gəlməyə zəmin yaratdı ki, öncədən hazırlanmış “rəy” anti-Azərbaycan dairələrin, xüsusilə erməni lobbisinin sifarişi əsasında hazırlanıb. Hətta ən kiçik qüsuru belə, “böyük qanun pozuntusu” olaraq qələmə almaq kimi cılız siyasi manevrlər həqiqətən də ictimai rəyə ironik təsir bağışlayır.Digər tərəfdən, fakt budur ki, bu günə qədər işğalçı Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətinə qarşı bir dəfə də olsa tənqidi fikir, bəyanat, qətnamə çıxarmayan ATƏT-in və s. qurumların ölkəmizdəki seçkinin nəticələri ilə əlaqəli çıxışları ciddiyə alına bilməz. Həmçinin, bu gün Ermənistanda cərəyan edən anti-demokratik mühit, seçki məhdudiyyətləri, xalqın diktatura rejimindən asılı vəziyyətdə qalması, cinayətkar rejim kimi faktların üzərindən keçərək, onları görməzlikdən gələn, bütün bunların yerinə demokratik və müstəqil Azərbaycan dövlətinin, xalqınını maraqlarına qarşı çıxan Avropa qurumlarının bu cür davranışları söz yox ki, etirazlarla da qarşılanmalı idi.Beləliklə, sosial şəbəkələrdə etiraz edən vətəndaşlar bu cür qurumların “rəylərinin” zibil qutusuna atılmalı olduqlarını bildirərək, etirazlı ifadələrini yazmaqda davam edirlər. Misal üçün, “Facebook” istifadəçisi Cabir Memmed məlum tədbirdə etiraz edən media rəhbərlərinin, QHT təmsilçilərinin video görüntülərini paylaşıb və həmin paylaşımın altında yazılan rəylər maraqdoğurucudur.Tanınmış QHT təmsilçiləri də sözügedən mövzuda maraqlı faktlarla çıxış ediblər. QHT-Xəbər saytının rəhbəri Sənan Nəcəfov “Bunların qanun "pozuntusu" faktlarına baxın” başlıqlı statusunda yazır: “ATƏT, ATƏT PA və AŞPA-nı təmsil edən müşahidə missiyasının qeydə aldığı qanun pozuntularından birinə nəzər salaq. Qanunvericiliyə əsasən, səhər saatlarında seçki məntəqələrinin açılışı zamanı seçki qutularının içinin boş olduğunu göstərmək üçün əvvəlcə çevrilməli, sonra bağlanmalıdır. Məntəqədə nə baş verib? Şəffaf seçki qutusu əvvəlcə çevrilməyib. Çox hörmətli müşahidəçilər isə bunu “qanun pozuntusu” kimi qeydə alıb və hesabatlarına daxil ediblər.“Problem” aşkarlanan 156 məntəqədə bu kimi texniki qüsurlar seçkinin nəticələrinə təsir edə bilərmi? Əlbəttə, yox. Amma hətta gəlin, belə düşünək ki, 156 seçki məntəqəsindəki qüsurlar çox böyük olub və MSK onların nəticələrini ləğv edib. Axı hətta bu halda belə, seçkinin nəticəsi dəyişməcək. 86.03 faiz səs toplayan lider namizədlə 2-3 faiz səs toplayan namizəd arasındakı fərqi 156 məntəqənin nəticələri ləğv olunsa belə, dəyişmək mümkün deyil”.Sahib Məmmədov adlı QHT rəhbəri həmin statusa cavab olaraq yazır: “ATƏT-in bu qaydaları qədimdi. O zamana aid idiki, onda şəffaf qutular yox idi. Şəffaf qutunu çevirməyə ehtiyac yoxdur. ATƏT "standartlarına" müvafiq dəyişiklik edilməsə də nə qədər debil olmaq lazımdır ki, bunu pozuntu kimi qeydə alasan?”Samir Əfəndiyev adlı “Facebook” istifadəçisi yazır: “Dünyanın gərginləşən xaotik dönəmində, "ya mən deyən olmalıdır, ya dedirdəcəyəm"-in boy verdiyi aləmdə ölkəmizi qorumaqla, onun maraqlarını hər şeydən uca tutmalıyıq. Bu bizim-azərbaycanlıların təkcə vətəndaşlıq borcu deyil, həm də vicdan borcudur”.Zakir Rəhimli adlı istifadəçi isə bu cür rəy bildirib: “ATƏT ömür boyu ermənilərin tərəfində olub və deyərdim ki, ATƏT-in paxıllıqla yanaşı, Azərbaycanı sevməyən bir qurumdu. Bu nə qərəzli təşkilatdır ki, Qarabağ məsələsində 25 ildir siyasi manevrlərlə, ikiüzlü siyasət aparır. Onlar erməni sevgisi ilə Azərbaycana hər zaman tələ qururlar. Bu qurum heç bir xeyirə, demokratiyaya , insan haqlarına özləri əməl etmirlər. Sifarişlə işləyən bu nümayəndələr layiqli cavablarını aldılar”.Onu da qeyd edək ki, adıçəkilən Avropa qurumlarının tədbiri zamanı etiraz edənlərin fikirləri ölkənin bir çox media qurumlarında işıqlandırılıb və bu etirazlara xalq dəstəyi də, məhz TV-lərdə gedən yayımlardan sonra daha geniş əhatə olunmaqdadır. Belə ki, tədbiri işıqlandıran Rovshan Rasulov adlı jurnalist öz paylaşdığı video görüntüdəki statusunda yazır: “ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın seçki müşahidə missiyasının qərəzli və əsassız rəylərinə qarşı etiraz səsimizi ictimailəşdirən bütün TV-lərə minnətdarıq, çox sağ olun!”.Əli Mehrəliyev adlı istifadəçi yazır: “Onların Suriyaya, İraqa, Əfqanıstana necə demokratiya gətirdiklərini gördük”.Daha bir məqam isə belədir ki, sözdə müxalifətçilərin, əslində isə xarici dairələrin sifarişləri əsasında fəaliyyət göstərən Əli Kərimlinin, Arif Hacılının, Cəmil Həsənlinin və başqalarının müxtəlif sosial şəbəkə səhifələrində ATƏT DTİHB-nin “rəyinə” etiraz edənləri söyüş və təhqir atəşinə tutmaları da diqqətdən yayınmayıb. Bu baxımdan, Rovshan Rasulov paylaşdığı videogörüntüdəki şərh bölümündə yazıb: “ATƏT-in bir dənə də olsun erməni işğalını pisləyən bəyanatı yooxdur, bizim dırnaqrarası müxalifətçilər, əli kərimlinin kuklaları isə ATƏT-in quyruqları rolunu oynayırlar. Belə quyruqları vaxtında kəsib-atmaq lazımdır!”Fətulla Həsənov adlı istifadəçi: “İndiki və keçmiş prezident seçkilərində də prosesi izlədikdə görürük ki, həqiqətən "dırnaqarası" təşkilat olan ATƏT seçkilərin nəticələrini qərəzli sayır. Demokratik seçki prosesinə ikili standartlarla yanaşır. Bu təşkilat həmişə Azərbaycana düşmən mövqeyi sərgiləyir. Sifarişlə işləyən bu təşkilat ciddi hesab olunmur”.Murad Adiloğlu adlı istifadəçi: “Biz bunlari adam yerinə qoyuruq hörmət edirik deyə onlar belə edir. Kimdirlər axi onlar kimdirlər? Azərbaycan müstəqil bir ölkədir. Azərbaycan xalqı öz seçkilərini düzgün formada şəffaflıqla seçə bilir. ATƏT kimdir axı o seçkilər haqda fikr irəli sürsün...neçə illərdir Qarabağ məsələsində bir dəfə olsun irəli addım ata bilməyib. Çünki sözü keçərli deyil...Belələrini bəli, yerində oturtmaq lazımdır. Azərbaycan hər sahədə öz qərarlarını özü vermə bacarığında olan müstəqil bir ölkədir...”Əmrah Fəqanoğlu: “Qarabağ məsələsində erməniləri müdafiə edən ATƏT-in qərəzli mövqe nümayiş etdirməsi təəccüb doğurmur”.Beləliklə, daha bir fakt da budur ki, hələ seçkilərdən öncə cərəyan edən proseslərdə sosial şəbəkələrdə erməni lobbisinin sifarişləri əsasında fəaliyyət göstərən və onlara rəhbərlik edən “liderlər” də daxil olmaqla söyüşlər söyən, təhqirlər edən adamcığazlar hətta Azərbaycanın Qarabağ kimi bir nömrəli problemi kontekstində birbaşa işğalçı ermənilərin mövqeyini dəstəkləyən ATƏT-ə necə deyirlər, dəstəkçi, qahmar çıxırlar. Bunun isə adına XƏYANƏT deyilir. Hər halda, Azərbaycan xalqı da bunu çox gözəl bilir və həmin ünsürləri yerində oturdur.

sia.az

Digər xəbərlər