Siyasət

  • 3 488

Sahib Alıyev: "ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər"

image

“Birinci dəfə deyil ki, biz həmin qurumun bu cür adekvatlıqdan uzaq və ziddiyyətli yanaşmasıyla üzləşirik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, əvvəllər görürdük ki, ATƏT-i təmsil edənlər burada bir açıqlama verir, sonradan isə müəyyən dairələrin təsirilə daha sonra həmin sözlərə uyğun olmayan bəyanatlar yayırlar: "Son iki seçkidə isə artıq bura hazır mətnlə gəlirlər. Özlərindən təklikdə rəy öyrəndikdə məntəqələrdəykən hər şeyin normal olduğu deyib, bir gün sonra isə bəlli çevrələrin tərtib etdiyi qərəzli, obyektivlikdən uzaq mətni oxuyub özlərini pis vəziyyətdə qoyurlar.Bizim üçün onların öncədən tərtib edilən qərəzli rəyləri yox, hər bir insanın gördüyü mənzərə önəmlidir. Mənzərə isə bundan ibarətdir ki, biz hər dəfə xalq olaraq daha üstün seçki mədəniyyəti və mütəşəkkillik sərgiləyirik ki, bu da yüksək seçici fəallığı və əhəmiyyətli sayılacaq hər hansı nöqsanın olmamasında özünü göstərir”.

sia.az

Digər xəbərlər