Asim Mollazadə: “Ərdoğanın Suriya ilə bağlı fikirlərini dəstəkləyirəm”

“Ümumiyyətlə Suriya böhranının Azərbaycana təsir imkanları heç cür ola bilməz”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.“Digər məsələ bəlkə də erməni qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilə bilər. Başqa Suriyadakı toqquşmaların ölkəmizə hansısa təsirindən söhbət gedə bilməz. Suriya böhranının davam etməsində əsas maraq Əsəd rejiminin insanlığa qarşı olan hərəkətləri idi. Düşünmürəm ki, Suriya böhranından Ermənistan Azərbaycana qarşı da hansısa formada yararlansın. Bu mənada mən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Suriya ilə bağlı fikirlərini dəstəkləyirəm”-deyə, A.Mollazadə bildirib.Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi: “Afrin əməliyyatı zamanı CHP sədri Kamal Kılıçdaroğlu “Afrinin mərkəzinə girməyin” dedi. Hara girəcəyimizi sizdən soruşmayacağıq. Biz Suriyaya əsgərlərimizi göndərdik, siz isə Əsədə adamlarınızı. Ötən günlərdə Azad Suriya Ordusunun komandirlərindən biri ilə görüşdüm. Bədənində xeyli güllə, qəlpə yarası var idi. Dedilər ki, bu qəhrəman komandirin mədəsi yoxdur, bədəninin hər tərəfində qəlpə gəzdirir. Dəfərlərlə ağır şəkildə yaralanıb, amma sağalan kimi döyüşlərə qatılıb. Gördüyünüz kimi, ASO Afrində bizim əsgərlərimizlə birlikdə terrorçulara qarşı ciddi şəkildə mübarizə aparıb”.

sia.az