Siyasət

  • 3 146

Baş redaktor: “ATƏT DTİHB öz qisasını qərəzli hesabatlarla ortaya qoyur”

image

“Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) qərəzli və daxili təzadlarla dolu ilkin rəyi haqlı olaraq Azərbaycanda hərtərəfli etiraz doğurub. Demək olar ki, qeyri-hökumət təşkilatları (QHT), mətbuat, ictimaiyyət nümayəndələri, ziyalılar, dövlət məmurları və xüsusilə də həmin gün səsvermə prosesində fəal iştirak edən siravi vətəndaşlar, eləcə də seçkinin standartlara uyğun keçirilməsini təşkil edən məmurlar, müşahidə aparan yerli müşahidəçilər çox hiddətləniblər. Çünki gördüklərinin tamamilə əksinə onun təhrif olunmuş formasını əks etdirən bir rəylə rastlaşıblar”. Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Onun sözlərinə görə, ATƏT-in DTİHB Azərbaycanda gedən proseslərə ənənəvi yanaşmanın girovluğundan hələ tam çıxa bilməyib: “Məsələn, 5-10 il əvvəl Azərbaycandakı vəziyyətə hansı kriteriyalarla yanaşılıbsa, bu gün də eyni kriteriyalarla və yaxud da oxşar kriteriyalarla yanaşma var. Çox pis haldır ki, ATƏT Azərbaycandakı proseslərin dinamikasında ilbəil dəyişikliyi, inkişaf etdiyini nəzərə almadan baş verən hər bir təzahürə köhnə, ənənəvi baxışlarını yenidən təkrarlayır və bunu nümayiş etdirir. Bu məsələnin bir tərəfi.İkincisi, fikirləşirəm ki, seçkidən öncə bəzi dünyanın, xüsusilə Avropanın siyasi mərkəzləri seçki dövründə Azərbaycanda müəyyən planların həyata keçirilməsi ilə bağlı götür-qoy edirdilər. Hətta müəyyən planlarla bağlı informasiyalar var idi. ATƏT-in DTİHB Avropada müəyyən siyasi dairələrin təsiri altında olması heç kimə sirr deyil. Belədə bu cür təəssürat yaranır ki, ATƏT-in DTİHB həmin o arxasında dayanan siyasi qüvvələrin məlum planları həyata keçmədiyinə görə, bir növ Azərbaycanda standartlara uyğun proses aparanlardan sanki bir qisas alır. Qisası belə bir qeyri-obyektiv və qərəzli hesabatlarla ortaya qoyurlar. Amma əlbəttə bu, Azərbaycanda gedən proseslərə təsir göstərmir”.

sia.az

Digər xəbərlər