Siyasət

  • 3 444

“The Washington Times”: Azərbaycandakı seçkilər sabitliyin təsdiqidir

image

“The Washington Times” qəzeti “Caspian Group Holdings”in direktoru Rob Sobhaninin “Azərbaycandakı seçkilər sabitliyin təsdiqidir” sərlövhəli məqaləsini dərc edib. Məqalədə Azərbaycandakı iqtisadi və siyasi sabitlik, təhlükəsizlik və energetika sahələrində ölkəmizin ABŞ-la tərəfdaşlığı və Azərbaycanda keçirilmiş prezident seçkiləri haqqında söz açılır.

Sobhani qeyd edir ki, ilk dəfə 1990-cı ilin noyabrında Corctaun Universitetinin professoru kimi Azərbaycana səfər edib və son 27 ildə ölkədə çoxlu dəyişikliklər baş verib. Müəllif yazır ki, rəqəmlər ölkədəki tərəqqidən xəbər verir. Məsələn, Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan ölkədə uzunömürlülük həddi 64-dən 71 yaşa yüksəlib. Ekspert qeyd edir ki, ilk dəfə Azərbaycanda olduğu vaxt ölkədə ÜDM cəmi 8,7 milyard dollar idi. 2014-cü ildə bu göstərici maksimal səviyyəyə - 75,2 milyard dollara çatıb.
Son iyirmi beş il ərzində Azərbaycanda tərəqqini şərh edən Sobhani yazır ki, Dünya Bankının hesabatına görə, ölkədə yoxsulluğun səviyyəsi 49,6 faizdən 6 faizə düşüb. Müəllif vurğulayır ki, yoxsulluğun azalması fonunda daha çox azərbaycanlı öz alıcılıq qabiliyyətini artırır və bu, onlara cəmiyyətin orta təbəqəsinə keçməyə imkan verir. Prezident İlham Əliyev öz siyasəti ilə göstərdi ki, onun məqsədi ölkəsində orta təbəqəni genişləndirməkdir.
Azərbaycanda siyasi və iqtisadi sabitlik olmadan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasının mümkün olmadığını diqqətə çatdıran müəllif yazır: “Həqiqətən, ünsiyyətdə olduğum hər bir azərbaycanlı sabitliyə üstünlük verir. Bu, Prezident İlham Əliyevin aprelin 11-də keçirilmiş şəffaf seçkilərdə 80 faizdən çox səslə qalib gəlməsini şərtləndirən amillərdən biridir”.
Sobhani təəssüflə qeyd edir ki, bir sıra KİV-lər ABŞ-Azərbaycan münasibətlərinin qlobal təhlükəsizliyin təmin edilməsində həlledici əhəmiyyəti olan iki aspektinə - terrorizmlə qlobal mübarizə və enerji təhlükəsizliyinə toxunmurlar. ABŞ hökumətinə görə, 2016-cı ildə Azərbaycan Birləşmiş Ştatlarla antiterror əməliyyatları üzrə güclü əməkdaşlığını davam etdirib və Qafqaz regionundan insanların, maliyyə vəsaitlərinin və materialların keçirilməsinə can atan terror təşkilatlarına qarşı fəal mübarizə aparıb. Enerji təhlükəsizliyi sahəsində Azərbaycan Qərbin etibarlı tərəfdaşıdır. Faktiki olaraq, Vaşinqton və Bakının tək bir məqsədi Xəzər regionundan Qərb istehlakçılarına tədarük etmək üçün neft və qazın ardıcıl kəşfiyyatı, emalı və nəqlidir. Müəllif Azərbaycandakı iqtisadi inkişafın, siyasi sabitliyin və dini tolerantlığın təminində ölkə Prezidentinin xidmətlərini xüsusi vurğulayır.

yap.org.az

Digər xəbərlər