Siyasət

  • 3 631

Mərkəz sədri: “Hər şey Sərkisyanın istədiyi kimi həllini tapıb"

image

“Ermənistan postseçki dövrə güclü imitasiya resursu ilə daxil olur”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, Ermənistanın şəriksiz, avtoritar lideri Serj Sərkisyanın Ermənistandakı seçki prosedurları dövründəki davranışının maraqlı trayektoriyası var:I. S.Sərkisyan Münhendə təhlükəsizlik konfransı zamanı azərbaycanlıların Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmasının mümkünlüyünü bildirdi.II. Serj Sərkisyan “İzvestiya” qəzetinə müsahibəsində ATƏT MQ nin təkliflərinə seçici münasibət nümayiş etdirir: 2007-ci ilin ATƏT MQ Xarici işlər nazirlərinin imzaladığı Madrid prinsiplərinə və 2011-ci ilin Kazan sənədinə “hə”, 2009 cu ildə ATƏT MQ ölkə prezidentlərinin imzaladığı Yenilnmiş Madrid prinsiplərinə “yox”.Parlamentdəki prezident səlahiyyətlərini baş nazir səlahiyyətləri ilə əvəzləyərkən çıxışı zamanı da hər şeyi özünə lazım olan kimi izah etdi.Serj Sərkisyanın başı əsil uşaq baxçasıdır.III. Qondarma Dağlıq Qarabağın de-fakto başçısı B.Saakyan da ABŞ-da olarkən azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasının mümkünlüyünü bildirdi.IV. Ermənistanda referendum haqqında qanun qəbul edilir. Əksər ekspertlərin fikrincə, referendum haqqında qanunda əsas məqsəd Ermənistanın Dağlıq Qarabağla əlaqəli siyasətini referenduma çıxarmaqdır. Başqa sözlə, işğalçı qoşunların Azərbaycan ərazisindən çıxarılmasını guya erməni xalqı referendumla həll edəcəkdir.V. Ermənistan ordusunun baş ştabının rəisi Movses Akopyanın fikrincə, 2016-cı ilin aprel döyüşlərində ermənilərin itirdiyi torpaqların taleyini erməni xalqı müəyyənləşdirəcəkdir. Bu da M.Akopyanın dilindən Ermənistanın hakim elitasında Dağlıq Qarabağ məsələsinin referendum yolu ilə həllinə hazırlığın bir əlaməti idi.Seçki prosedurları finala yaxınlaşdıqca S.Sərkisyan fikrini dəyişdi və fərqli yanaşmanı ortalığa qoydu. Mövqeyinin dəyişməsi onun üçün orijinal variant deyil. 2008-ci ildə hakimiyyətə gələndə də o 1 mart qırğınlarının təsirini neytrallaşdırmaqdan ötrü Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyini xeyli yumşaltdı; Azərbaycanlıları Dağlıq Qarabağa dəvət etdi, rəsmi Bakını Dağlıq Qarabağ ermənilərini özünə tərəf çəkməyə dəvət etdi. Qərb 2008-ci ilin 1 mart qırğınlarına lazımi diqqət vermədi və S.Sərkisyan Dağlıq Qarabağ məsələsindəki mövqeyini yenidən sərtləşdirdi. İndi o, eyni tryuku təkrarladı: Seçki prosedurları baş verən dövrdə S.Sərkisyan özünü Dağlıq Qarabağ tənzimlənməsinə hazır tərəf kimi göstərdi və bununla da Qərbin diqqətini cəlb etdi. Qərb Ermənistanda baş verən antidemokratik seçki proseduralarına görə heç bir irad bildirmədi.Artıq seçki proseduraları başa çatıb. Hər şey S.Sərkisyanın istədiyi kimi həllini tapıb. Ona görə o, mövqeyini dəyişir və La Stampa qəzetinə verdiyi müsahibədə artıq S.Sərkisyan Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırlaşdığını bildirdi. Bu vaxtadək S.Sərkisyan Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıya biləcəyini heç zaman bildirməmişdi. Çünki Dağlıq Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınması Ermənistanın ATƏT MQ-dan imtinası anlamındadır. İndi artıq S.Sərkisyan çox aydın siqnallar verdi ki, o Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini dəyişib və referendum məsələsini ortalığa atmaqla isə danışıqlar prosesini uzatmaq üçün resurs yaratmış olur. S.Sərkisyanın bu mövqeyinin belə dinamik trayektoriyası yaxın zamanlarda kifayət qədər ciddi təsirli proseslərə yol aça bilər. Naxçıvan məsələsini aktivləşdirməsi görünür, Ermənistan tərəfinin daha böyük hərbi, siyasi şantaja hazırlaşdığını nümayiş etdirir.

sia.az

Digər xəbərlər