Siyasət

  • 3 394

Vüqar Rəhimzadə: “Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək"

image

“Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək. Bundan sonrakı proqramlar kifayət qədər zəngindir. Azərbaycan dövlətinin, dövlətçiliyinin möhkəmləndirilməsi, sosial həyat şəraitinin yaxşılaşdırılması, sabitliyin daha da dərinləşdirilməsi uğurlu şəkildə davam edəcək”. Bunu SİA-ya açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Baş redaktorun sözlərinə görə, ümumiyyətlə, Prezident İlham Əliyevin son 15 il ərzində gördüyü işlər göz önündədir: “Azərbaycan müasir şəkildə qurulması və ölkəmizin müasir şəkildə dünyaya inteqrasiyası uğurlu şəkildə həyata keçirilib. Heç şübhəm yoxdur ki, qarşıdan gələn yeddi il ərzində də daha güclü, qüdrətli Azərbaycanın şahidi olacayıq”.V.Rəhimzadə əlavə edib ki, dünya Azərbaycandan hər mənada nümunə götürməlidir: “Azərbaycanda kifayət qədər önəm kəsb edən hadisələr baş verib. Məsələn, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi ilə bağlı hesab edirəm ki, dünyaya örnək olacaq hadisələr vardır. Azərbaycan iqtisadi inkişafına görə dünyanın bir çox ölkələri üçün kifayət qədər nümunə olacaq layihələr reallaşdırıb. Dünya Azərbaycanın real işlərindən və qarşıya qoyduğu hədəflərdən örnək götürə bilər. Bu Azərbaycanı daha da sürətli şəkildə inkişaf etdirəcək”.

sia.az

Digər xəbərlər