Siyasət

  • 3 716

Siyasi şərhçi: “Azərbaycanda sürətli demokratikləşmə dövrü olub”

image

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində “ötən 15 il demokratik inkişaf baxımından çox uğurlu dövr olmuşdur” dəyərləndirməsinə mən də qatılıram”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.“Ən azından ona görə ki, ötən 15 ilə yaxın dövrü də çox yaxından izləmişəm, hər zaman proseslərin içində olmuşam. Azərbaycan həqiqətən də çox sürətlə və radikal şəkildə dəyişib. Ölkədə demokratikləşmə, insan haqlarının qorunması, ifadə azadlığının təmin edilməsi istiqamətində bəzən ağlımıza gəlməyən müsbət addımlar atılıb. Təbii ki, bütün bunlar şəxsən Prezident İlham Əliyevin iradəsi ilə baş verib. Üstəlik, ölkədə xalq-hakimiyyət dialoqu üçün münbit şərait təmin edilib və insanlar istənilən məsələni hakimiyyətlə müzakirə etmək imkanı qazanıblar. Bütün bunlar onu bir daha təsdiq edir ki, geridə qalmış 15 ilə qədər müddət doğrudan da Azərbaycanda sürətli demokratikləşmə dövrü olub”.Qeyd edək ki, Prezident İlham Əliyev inaqurasiya mərasimində bildirmişdir: “Bu 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə gedib, Azərbaycanda bütün azadlıqlar təmin edilib. Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olub. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir”.

sia.az

Digər xəbərlər