Siyasət

  • 4 257

Elman Məmmədov: Beynəlxlaq qurumlar Ermənistanda baş verən proseslərə ikili standartlar mövqeyindən yanaşırlar

image

«İşğalçı Ermənistanda hakimiyyət etiraz aksiyalarının iştirakçılarına qarşı zoraklıqlar edir. Amma maraqlıdır ki, demokratiya və insan haqlarından danışan beynəlxalq qurumlar və dövlətlər bu prosesi sükutla qarşılayırlar». Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, hələ 2008-ci ildə Ermənistanda seçki zamanı meydanlarda etiraz edən insanları gülləbaran edilmişdi. Bu hadisəyə beynəlxalq təşkilatlardan elə bir sərt təpki olmadı. Əksinə, Ermənistandakı seçkini müsbət qiymətləndirdilər. Hətta Ermənistanı regionda demokratik dövlət adlandırdılar.
«Hazırda da işğalçı ölkədə yaşanan gərgin proseslər fonunda beynəlxalq birlik tərəfindən ciddi reaksiya yoxdur. Orada müxalifətin etirazları ilə bağlı təhqiqat aparmaq fikrinə düşən də gözə dəymir. Nə ATƏT, nə də Avropa Şurası və bu kimi digər təşkilatlar Ermənistan hakimiyyətinin aksiya iştirakılarına yönəlmiş zorakılıq əməllərinə, onların həbs olunmasına qarşı etiraz səsini ucaltmır, əksinə seyrçi mövqe nümayiş etdirirlər. Bu fakt isə göstərir ki, həmin qurumlar ikili standartlar mövqeyindən çıxış edir, sifarişlə fəaliyyət göstərir və müəyyən beynəlxalq güclərin əlində alətdirlər. Bu qurumlar, eləcə də müəyyən dövlətlər öz fəaliyyətində demokratik dəyərlərə deyil, yalnız maraqları və məqsədləri prinsipindən çıxış edirlər. Əgər belə olmasaydı, Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistan düeyada təcavüzkar dövlət kimi tanınardı»- deyə, deputat vurğulayıb.

yap.org.az

Digər xəbərlər