Siyasət

  • 3 210

“Ermənistanın gələcəyi yoxdur”

image

"Bu gün Ermənistan hakimiyyəti özünün işğalçılıq siyasəti, yarıtmaz fəaliyyəti ilə ölkəni tam dalana dirəyib. Ermənistan xalqı da, dünya da artıq bu siyasətdən bezib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.Düşmən ölkə iqtisadiyyatının dözülməz vəziyyətdə olduğunu dilə gətirən deputat söyləyib ki, insanlar yoxsulluq, səfalət içində yaşayırlar, əhali tam ümidsizliyə qapanıb və nəticə etibarı ilə nəhayət, xalq ayağa qalxıb."Hər il yüzminlərlə insan Ermənistanı tərk edir. Çünki onların başqa çıxış yolu yoxdur. Ölkədə qalan insanlar da rejimdən yaxa qurtarmaq üçün son cəhdlərini göstərirlər. Hesab edirəm ki, hazırki rejim yaxın zamanlarda siyasi hakimiyyətdən tamamilə uzaqlaşdırılacaq, çünki bunu etməsələr, Ermənistanın gələcəyi yoxdur, Ermənistan heç bir mühüm böyük layihələrə qoşula bilməyəcək və bu gedişlə ölkə iqtisadiyyatı tamamilə çökəcək".

sia.az

Digər xəbərlər