Siyasət

  • 3 503

Sevinc Hüseynova: Dövlət başçısının imzaladığı fərman cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır

image

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.S.Hüseynova bildirib ki, bugünə qədər şəhid ailələrinin mənzillə təminatı, onlara təqaüdlərin verilməsi məsələləri həll olunub. Onun fikrincə, bütün bunlar həmin təbəqəyə xüsusi qayğı göstərildiyinin əyani təsdiqidir. “Şübhəsiz ki, imzalanan Fərmanın əhəmiyyəti çox böyükdür. Bu həm vətənpərvərliyə təsir edir, həm də dövlət qarşısında xidməti olmuş insanların yüksək qiymətləndirilməsi ilə nəticələnir. Fikrimcə, bu sənəd ölkədə vətənpərvərlik ruhuna çox böyük təsir edəcək və yaxşı stimul olacaq. Eyni zamanda, şəhidlərimizə və onların ailələrinə verilən böyük dəyərdir”- deyə, komitə üzvü qeyd edib.

yap.org.az

Digər xəbərlər