Siyasət

  • 3 929

Qabil Hüseynli: “Sarkisyanın yalnız bir ümidi var, o da Rusiyadır"

image

"Ümumiyyətlə ilk dəfədir ki, Ermənistandakı mövcud hakimiyyətə qarşı bu cür kütləvi hərəkatlar baş verir. Bu proses az qala ölkənin bütün hissələrini əhatə edib. Hakimiyyət az qala bütünlüklə müxalifətin əlindədir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, Serj Sarkisyanın yalnız bir ümidi var o da Rusiyadır: "Rusiya proseslərə müdaxilə etməyi və güc yolu ilə prosesləri yatırmağı təklif edir. Amma hələki Sarkisyanın buna cəsarəti çatmaz. Çünki bu böyükmiqyaslı toqquşmalara səbəb ola bilər. Bu səbəbdən də Sarkisyan çıxılmaz vəziyyətdə qalıb. Onun qarşısında iki yol var. Birincisi ya Rusiyanın dediyinə riayət edib üsyançılara və yaxud da "məxməri inqilab" tərəfdarlarına qarşı kütləvi polis təqibləri və təzyiqlərinə başlasın. Digər tərəfdən isə hakimiyyəti tək edərək üzü sulu hakimiyyətdən getsin.Sarkisyan ikinci yolu seçə bilməz. Çünki onun başının üzərində Rusiya var. Görünür son nəticədə gücə müraciət etmək zərurəti yaranacaq. Amma güc tətbiq edilərkən burada yəqinki rusların 102-ci briqadasının xüsusi təyinatlıları da iştirak edəcək. Bu da çox böyük qarşıdurmaya və qana səbəb olacaq. Böyük insan itkisindən və böyük qarşıdurmalardan sonra da Sarkisyanın hakimiyyətdə qalması məncə çox çətin olacaq bəlkə də heç mümkün olmayacaq. Hələki proseslər davam etməkdədir".

sia.az

Digər xəbərlər