Siyasət

  • 3 759

Millət vəkili: “Azərbaycan dövləti öz vətəndaşının qayğısına qalır”

image

“Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimindən sonra imzaladığı ilk Fərman “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman oldu. Ölkədə təqribən 13 minə qədər bu statusda olan şəxs var. Büdcədən təqribən 100 milyondan bir qədər çox vəsait buna xərclənəcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, cənab Prezidentin bu Fərmanı imzalaması şəhid ailələri və ona bərabər tutulan şəxslərin ailələrinin sosial vəziyyətinin daima diqqətdə saxladığına bir daha bariz nümunədir: “Qeyd edim ki, bundan əvvəl də bu insanlara böyük diqqət yetirilirdi. Onların dövlət hesabına mənzillə təmin edilməsi, övladlarının Ali məktəbdə təhsil haqqlarının ödənilməsi, sosial məsələlərinin yerli hakimiyyət orqanları tərəfindən daima diqqətdə saxlanılması və həll edilməsi bu qəbildən olan məsələdir. Prezidentin siyasətində ilk növbədə hər bir vətəndaşa əsasən də diqqətə ehtiyacı olan əsas təbəqəyə daima diqqət edəcəyi artıq gün kimi aydındır.Məhz bu fəaliyyətdir ki, seçkidə cənab Prezident 86 faizə qədər səs toplaya bildi. İqtisadiyyatın güclənməsi, təhlükəsizliyimizin təmin edilməsi, sosial məsələlərlə ciddi surətdə məşğul olmağa imkan verir. Dünəki Fərman bir daha göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşının qayğısına qalır və büdcəyə gələn gəlirlər artdıqca bundan da böyük addımlar atılacaqdır”.

sia.az

Digər xəbərlər