Siyasət

  • 4 438

Seymur Orucov: “Gənclər üçün kifayət qədər əlverişli şərait yaradılıb”

image

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində “ötən 15 il demokratik inkişaf baxımından çox uğurlu dövr olmuşdur” fikri çox düzgündür və reallığı əks etdirir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyibYAP GB sədrinin sözlərinə görə, cənab Prezident düzgün olaraq qeyd etdi ki, müstəqillik yaşımız az olsa da, bizim keçdiyimiz yol bəzi dövlətlərin yüz ildə keçdiyi yola bərabərdir: “Xüsusilə də gənclər sektorunda gənclərə yaradılan bərabər şərait - onlara seçmək hüququnun verilməsi, Prezident və parlament seçkiləri ilə əlaqədar yaş həddinin 18 yaşa endirilməsi və gənclərin azad şəkildə Azərbaycan Respublikası Gənclər Fonduna müraciət etməsi, dövlət qulluğu məsələlərində şəffaflığın təmin edilməsi kimi və s. amillər təqdirəlayiq haldır. Artıq burada bir rəqabət yaranır. İstər hüquq-mühafizə orqanlarında, istərsə də digər orqanların hamısında gənclər üçün kifayət qədər əlverişli şərait yaradılıb.Eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bürokratik əngəllərin aradan qaldırılması və s. insanların demokratik mühitdə böyüməsinə, insan hüquq və azadlıqlarının bərabər rəqabət formasına gətirilməsində çox mühüm amillərdir. Azərbaycan bu sahədə çox böyük irəliləyişlər əldə edib. Ümumiyyətlə “ASAN” xidmət brendi adı altında da heç bir əngəl qoyulmadan vətəndaş öz haqqını, hüququnu müdafiə edə bilir”.

sia.az

Digər xəbərlər