Siyasət

  • 4 235

Pərviz Şahbazov: İndiyədək AÇG yataqlarından 454 milyon ton neft və 144 milyard kubmetr qaz çıxarılıb

image

Bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 454 milyon ton xam neft və 144 milyard kubmetr təbii qaz hasil olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazov aprelin 23-də Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumundakı çıxışında deyib.
Nazir qeyd edib ki, Azərbaycan indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsindən 130 milyard 551 milyon ABŞ dolları gəlir əldə edib.

yap.org.az

Digər xəbərlər