Siyasət

  • 4 642

Millət vəkili: “Azərbaycan böyük enerji ölkəsi kimi tanınır"

image

“Son 15 ildə Azərbaycan dövlətinin həyata keçirtdiyi islahatlar və Azərbaycan vətəndaşının rifah halının yüksəlməsi, iqtisadi, siyasi, mədəni inkişafı göstərir ki, Azərbaycanda bu qədər ardıcıl inkişaf tendensiyasının olduğu bir dövr müşahidə olunmayıb”. Bunu SİA-ya millət vəkili Cavanşir Feyziyev deyib.Onun sözlərinə görə, Avropa-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri qeyd edib ki, ona görə də seçicilər haqlı olaraq bu dəfə əvvəlkindən daha yüksək səs faizi ilə İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdilər: “Buna əsas isə seçkiyə qədər ölkə ərazisində baş verən əlamətdar hadisələr idi”.Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışını da şərh edən deputat bildirib ki, İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, eləcə də, Azərbaycanın bu gün Cənubi Qafqazın lider dövləti olmasının əsası düzgün qurulan dövlətçilik siyasətinin layiqincə davam etdirilməsindədir: “15 il ərzində görülən işlər sayəsində əldə olunan uğurlar, dünya miqyasında həyata keçirilən iri infrastruktur layihələrinə imza atılması Azərbaycanı böyük enerji ölkəsi kimi tanıdıb. Ölkədə gedən yüksək səviyyəli sosial-iqtisadi inkişaf onu göstərir ki, Azərbaycan müstəqillik tarixində heç vaxt bu qədər güclü dövlət olmamışdır.Azərbaycan dünyanın ən qabaqcıl beynəlxalq təşkilatlarına üzv olmaqla bərabər, beynəlxalq tribunalarda öz sözünü demək iqtidarına sahibdir. Azərbaycan beynəlxlaq aləmdə öz tələb və təkliflərini irəli sürərək mühüm layihələrə imza atmaq, hətta o layihələrə ev sahibliyi etmək missiyasını daşıyır. Möhtəşəm beynəlxlaq yarışlara, qlobal forumlara, vacib görüşlərə ən yüksək səviyyədə rəhbərlik edir. Azərbaycanın daxilində baş verən ciddi dəyişikliklər beynəlxalq təşkilatlara çox gözəl məlumdur. Buna görə də onlar bu qısa müddətdə Azərbaycanın əldə etdiyi naliyyətləri yüksək qiymətləndirir və ölkəmizi böyük məmnuniyyətlə öz sıralarına daxil edirlər”.

sia.az

Digər xəbərlər