Siyasət

  • 3 222

Hadi Rəcəbli: Növbəti yeddi ildə zəfərlərimiz daha çox olacaq

image

«Azərbaycan sosialyönümlü dövlətdir. Prezident İlham Əliyevin siyasətində əhalinin rifahının daha yüksəldilməsi mühüm yer tutur». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. H.Rəcəbli bildirib ki, 11 aprel seçkiləri bütövlükdə Azərbaycan xalqının qələbəsidir.«Azərbaycan xalqı növbəti dəfə müdrik seçim edərək dövlət başçısı İlham Əliyevə səs verdi. Bu, həm də xalqın öz gələcək uğurlu inkişafına səs verməsi deməkdir. Azərbaycan bununla dünyada öz nüfuzunu bir qədər də artıracaq, növbəti yeddi ildə zəfərlərimiz daha çox olacaq»-deyə, H.Rəcəbli qeyd edib.

yap.org.az

Digər xəbərlər