YAP Tərtər rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda dəyirmi masa keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq, YAP Tərtər rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə rayon təşkilatının qərargahında “Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda dəyirmi masa keçirildi.

Dəyirmi masada Qadınlar Şurasının sədr müavini Samirə Zeynalova ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti barədə, onun xalqımız qarşısındakı tarixi xidmətlərindən, Azərbaycanın müstəqillik yolunda keçdiyi yoldan, dövlət müstəqilliyimizin əbədiliyinin təminatı üçün Ulu Öndərin tarixi fəaliyyətindən danışdı.
Mövzu ətrafında fəal YAP üzvlərindən şəhər 6 saylı tam orta məktəbin müəllimi Xalidə Quliyeva, 3 saylı ümumi orta məktəbin müəllimi Kifayət Kərimova, şəhər Təhsil şöbəsinin metodisti Gülxar Abbasova, rayon Tarixdiyarşünaslıq Muzeyinin müdir əvəzi Aybəniz Məmmədova, şəhər 6 saylı tam orta məktəbin müəllimi Çimnaz Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova çıxış edib ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dönəmlərdə Azərbaycan qadınına verdiyi önəmdən, onların təhsili, işlə təminatı, ölkənin ictimai-siyasi həyatında gərəkli yer tutmaları üçün həmişə diqqət və qayğı göstərməsindən danışdılar. Bildirildi ki, Azərbaycan qadını bu gün müstəqil Azərbaycan dövlətinin vətəndaşı olaraq öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməkdədir. Xalqımız kimi, qadınlarımız da bu günümüz və xoşbəxt gələcəyimiz üçün Heydər Əliyev ideyalarına və bu ideyaları cəsarətlə həyata keçirən ölkə Prezidenti, YAP-ın Sədri, möhtərəm İlham Əliyev cənablarına borcludurlar və hər zaman onun yanında olmaqdan qürur duyurlar.

yap.org.az