Siyasət

  • 4 287

“Ermənistan hələ uzun müddət özünə gələ bilməyəcək”

image

“Çətin durumda, səfalət və tənəzzül içərisində itib-batan Ermənistan hələ uzun müddət özünə gələ bilməyəcək”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.Bu gün Ermənistanda baş verənlər təbii hal olduğunu deyən deputat söyləyib ki, düşmən ölkədə xalq nəhayət, öz sözünü dedi və faşist rejimi hakimiyyətdən uzaqlaşdırdı: “Amma bu o demək deyil ki, Ermənistan cəmiyyətində tam sağlamlaşma gedib, orada sağlam ideyalar üstünlük təşkil edir. Ermənistanda siyasi böhranın hələ nə qədər davam edəcəyini söyləmək çətindir və ölkədə klanlararası qarşıdurma bundan sonra daha da gərginləşəcək”.Hər iki ölkədə keçirilən seçkilərə toxunan B. Əliyev söyləyib ki, Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilər ölkəmizdə inkişafa, sabitliyin möhkəmlənməsinə, Ermənistanda isə siyasi xaosa, vəziyyətin gərginləşməsinə səbəb oldu.Onun sözlərinə görə, buna səbəb ölkəmizdə gedən proseslərin tam demokratik şəkildə həyata keçirilməsidir: “Azərbaycanda hakimiyyət xalqın iradəsini ifadə edir, xalq-hakimiyyət birliyi var, xalq öz sərbəst seçimini edir və bugünkü iqtidara da böyük etimadını göstərir. Ermənistanda isə vəziyyət tamamilə fərqlidir. Bu ölkədə hakimiyyətə gələnlər həmişə rəqiblərini qətlə yetirməklə xalqın iradəsinin əksinə gedib, müharibə qorxusu ilə insanları hədələyərək hakimiyyətdə qalıblar. Ona görə də xalq heç zaman o rejimləri dəstəkləməyib və illərdir ki, biz Ermənistanda keçirilən seçkilərdə saxtakarlıqları, qanun pozuntularını, xalqın böyük etirazlarını görürük və ordunun da həmin etirazları necə amansızlıqla yatırdığına şahidik”.

sia.az

Digər xəbərlər