Siyasət

  • 3 561

“Prezidentin səfəri Azərbaycan-Türkiyə birliyini daha da möhkəmləndirəcək”

image

“Cənab Prezidentin yenidən seçiləndən sonra xaricə birinci səfəri məhz qardaş ölkəyə etməsi Türkiyə ilə Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrin olmasının göstəricisidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev demişdi ki, Azərbaycanla Türkiyə bir millət iki dövlətdir: “Cənab Ərdoğanın da prezident kimi ilk səfəri Azərbaycana olmuşdu. Bu da Türkiyənin bizə eyni cür yanaşdığının göstəricisidir. Türkiyə həmişə beynəlxalq arenalarda Azərbaycanı dəstəkləyir və eyni ilə Azərbaycan da Türkiyə olmayan yerdə Türkiyənin sözünü deyir, Türkiyənin yanındadır. Bizim dostluğumuz nə qədər möhkəm olarsa ölkələrimiz də bir o qədər güclü olar və hamı bilər ki, dili bir, soy kökü bir qardaş iki ölkə var və hər zaman bizə qarşı yanaşanda böyük bir güclü ölkə görəcəklər. Güclü ölkələrə dünyada münasibət də müsbət olur. Güc birlikdədir və düşünürəm ki, cənab Prezidentin səfəri də Azərbaycan Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir”.

sia.az

Digər xəbərlər