Siyasət

  • 4 656

“Azərbaycan Xalq Cümhuriyyəti: Tarixi reallıqlar və müasirlik” mövzusunda “dəyirmi masa” keçirilib

image

Aprelin 25-də Beynəlxalq Mətbuat Mərkəzində Ana Vətən Partiyasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: Tarixi reallıqlar və müasirlik” mövzusunda “dəyirmi masa” keçirilib.AZƏRTAC xəbər verir ki, tədbiri açan Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, mövcud olduğu qısa zaman ərzində gördüyü böyük işlər haqqında ətraflı danışıb. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktik fəaliyyətində onları təmin edib. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.“Dəyirmi masa”da çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşları Vaqif Abışov, Kamran İsmayılov, İlqar Niftəliyev və Tofiq Mustafazadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində ölkənin ağır durumu, azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri, Cümhuriyyətin fəaliyyətinin əsas istiqamətləri, beynəlxalq əlaqələri, onun süqutunda daxili və xarici amillərin rolu barədə danışıblar. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, onun dövlətçiliyimizdə yeri və rolundan bəhs edilib.

AZƏRTAC

Digər xəbərlər