Siyasət

  • 9 357

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan inşa yazı müsabiqəsi yekunlaşıb

image

Paytaxt məktəblərinin şagirdləri arasında “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsinin final mərhələsi keçirilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 46 nömrəli tam orta məktəbdə təşkil olunan final mərhələsində, ümumilikdə 264 şagird iştirak edib. IX, X və XI sinif şagirdləri həcmi 250-300 sözdən ibarət olan yazı təqdim ediblər.Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən inşa yazı müsabiqəsində mövzunun dəqiqliyi, əsas fakt və hadisələri bilmək, orijinal yanaşma, fikrin əsaslandırılmış və aydın ifadə edilməsi, məntiqli nəticələrin çıxarılması, ədəbi dilin yazı qaydalarına riayət olunması kimi meyarlar əsas götürülüb.Müsabiqənin qalibləri beşballıq sistem ilə qiymətləndiriləcək. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.Müsabiqənin keçirilməsinin əsas məqsədi məktəbliləri milli mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara doğma respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdir.

AZƏRTAC

Digər xəbərlər