Siyasət

  • 3 701

Ramiz Mehdiyev Rusiyanın "Şərəf" ordeni ilə təltif olunub

image

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi "Şərəf" ordeni ilə təltif edib.

Trend-in məlumatına görə, bunu N.Patruşevin mətbuat katibi Yevgeniy Anoşin deyib.
Y.Anoşin qeyd edib ki, orden Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin IX beynəlxalq görüşü çərçivəsində təqdim edilib:
"Nikolay Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya Prezidentinin sərəncamına əsasən, "Şərəf" ordeni təqdim edib", - Y.Anoşin deyib.

yap.org.az

Digər xəbərlər