Siyasət

  • 7 568

"Azərbaycan Türkiyə münasibətləri bundan sonra daha da möhkəmlənəcək"

image

“Prezident İlham Əliyevin Türkiyəyə səfəri və səfər zamanı keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası iki ölkə arasında əməkdaşlıqda yeni bir mərhələ açacaq”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Süleymanov deyib.Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası çərçivəsində imzalanan sənədlərin hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən deputat söyləyib ki, bir sıra sahələr üzrə imzalanan sənədlər qardaş ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə və inkişafa xidmət edəcək.“Ümumiyyətlə, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir. Bu ölkələr arasında əlaqələrin böyük tarixi var. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir və hər zaman ölkəmizin yanında olduqları açıq şəkildə ifadə olunur. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında da bu bir daha bəyan edildi”, - deyə T.Süleymanov qeyd edib.Deputat əlavə edib ki, iki ölkə arasında münasibətlər bundan sonra daha da möhkəmlənəcək.

sia.az

Digər xəbərlər