Siyasət

  • 4 278

Musa Qasımlı: “Prezidentin səfərinin böyük mənası var”

image

“Seçildikdən sonra cənab Prezidentimiz İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsinin böyük mənası var”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, Türkiyə bizim üçün qardaş ölkədir, Ümummilli lider Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik: “Münasibətlərimizin dərin mədəni, etnik, dini və b. kökləri var. İki ölkə arasında münasibətlərin böyük potesialı mövcuddur. Səfər xüsusən ticarət və hərb-sənayesi sahəsində əməkdaşlıq üçün geniş imkanlar açacaqdır”.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfərə gəlib.

sia.az

Digər xəbərlər