Siyasət

  • 3 661

Məlahət İbrahimqızı: Zərifə xanım Əliyevanın əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq

image

«Zərifə xanım oftomologiya sahəsində görkəmli alim olmaqla yanaşı, Azərbaycan qadınına xas olan ən ülvi, nəcib dəyərləri özündə yaşadan xanım-xatın ziyalı, şəfalı əlləriylə gözlərə işiq bəxş edən mərhəmətli qəlbi və həlim xasiyyəti ilə könüllərə məlhəm olan nurlu şəxsiyyət idi. O, həmçinin, Azərbaycan xalqına layiqli övladlar yetişdirən gözəl anadır». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.M.İbrahimqızı bildirib ki, akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım həmişə Ulu öndərimizə mənəvi dayaq, arxa olub. Onun əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq»-deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.

yap.org.az

Digər xəbərlər