Siyasət

  • 4 601

Rauf Əliyev: “Formula-1” qran-prisinin Azərbaycanda keçirilməsi ölkəmizin təbliği, turist cəlbediciliyinin artırılması üçün böyük əhəmiyyət daşıyır

image

«Azərbaycan ev sahibliyini üzərinə götürdüyü beynəlxalq səviyyəli turnirlərin təşkilində bir qayda olaraq özünün yüksək standartlarını müəyyən edir. İndiyədək respublikamızda keçirilən yarışlar barədə mütəxəssislərin, beynəlxalq idman ictimaiyyətinin rəyi çox yüksəkdir». Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Azərbaycanda yarışlara qatılan ayrı-ayrı komandaların üzvləri, onların məşqçiləri, dünyada tanınan idman şərhçiləri ölkəmizdə keçirilən yarışların yüksək səviyyədə təşkil edilməsi, xalqımızın qonaqpərvərliyi, respublikada gördükləri tolerant mühit barədə özlərinin müsbət təəssüratlarını dəfələrlə dilə gətiriblər.
«“Formula-1” qran-prisi də bütün dünyada çox geniş tamaşaçı auditoriyasına malikdir. Bu yarışı bütün qitələrdə təxminən 500 milyon tamaşaçı izləyir. “Formula-1” qran-prisinin Azərbaycanda keçirilməsi ölkəmizin təbliği, turist cəlbediciliyinin artırılması üçün böyük əhəmiyyət daşıyır. Burada, heç şübhəsiz ki, 6 kilometr uzunluğa malik Bakı trekinin özünəməxsus cəhətlərini də xüsusi vurğulamaq lazımdır. Yarış treki şəhərin ən görməli yerlərindən keçir. Trek Bakının müasirliyini və qədimliyini, həmçinin Xəzərin əsrarəngiz gözəlliyini təqdim etmək üçün əla imkanlar açır. Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, Qız qalasını, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görə bilirlər. Ümumiyyətlə, bəri başdan yarışların bütün trek boyunca çox maraqlı keçəcəyini söyləmək mümkündür»-deyə, deputat vurğulayıb.

yap.org.az

Digər xəbərlər