Siyasət

  • 4 346

Aleksandr Adler: Tanrı bu şəxsiyyəti öz xalqına xilaskar olaraq göndərmişdi

image

Azərbaycanı qarşılaşdığı çətinliklərdən məhz Heydər Əliyevin cəsarəti və Vətəninə olan sevgisi xilas etdi. Tanrı bu şəxsiyyəti öz xalqına son dərəcə mürəkkəb bir tarixi məqamda xilaskar olaraq göndərmişdi. Heydər Əliyev bir çox çətinliklərə sinə gərib, onu mənən və cismən məhv etmək üçün göstərilmiş bütün cəhdlərə baxmayaraq, daha yüksəklərə qalxıb.Bu fikri Fransanın tanınmış tarixçisi, jurnalisti və geosiyasət üzrə eksperti Aleksandr Adler deyib. O qeyd edib ki, ötən əsrin 80-ci illərinin ikinci yarısında Sovet İttifaqı rəhbərliyində Heydər Əliyevə qarşı yaradılan maneələr onu əsla ruhdan salmayıb. Bir müddət çətinlikdən sonra o, doğma yurdu Naxçıvana qayıdıb. Bu dövr onun cəsarətini, qətiyyətini aydın şəkildə hamıya göstərib.Heydər Əliyev siyasi hakimiyyətə qayıdarkən ölkə parçalanmaq təhlükəsində idi. O, Azərbaycanın qısa müddətdə yenidən dirçələcəyinə inanırdı və müdrikliyi, bacarığı, dərin zəkası sayəsində buna nail oldu. Azərbaycan bütün regionda sabitliyin qarantına çevrildi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışından sonra sürətli iqtisadi inkişaf müşahidə edildi. Bu kəmər ölkəni anklavdan çıxardı.

yap.org.az

Digər xəbərlər