Siyasət

  • 3 827

Mixail Qusman: Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirən Azərbaycan məhz İlham Əliyevin rəhbərliyi ilə bu cür heyrətamiz uğurlara nail olub

image

Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirən Azərbaycan məhz Sizin rəhbərliyinizlə bu cür heyrətamiz uğurlara nail olub.Bunu Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının “Dostluq” və “Şöhrət” ordenləri ilə təltif olunmuş Mixail Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə görə layiq görüldüyü “Qızıl çinar” beynəlxalq mükafatı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ona təqdim edilərkən çıxışı zamanı deyib.

M.Qusman bildirib: "Bu mükafata görə çox sağ olun. Bu, mənim üçün sadəcə mükafat deyil. Bu, əlbəttə ki, doğulduğum bu gözəl torpağa, əhatəsində boya-başa çatdığım ailə ocağıma, ömrümün yarısını bir yerdə yaşadığım istedadlı, parlaq, qonaqpərvər, mehriban, sülhsevər Azərbaycan xalqına mənim sonsuz məhəbbətimin əksi və ifadəsidir. Lakin bu məhəbbət hissi indi mənim Azərbaycan Respublikası ilə xüsusi qürur duymağımla da tamamlandı. Onun heyrətamiz uğurları barədə bu gün İlham Heydər oğlu çox gözəl danışdı. Cənab Prezident, Sizi bu doğma torpağın məğrurluğuna görə təbrik etmək istəyirəm. Çünki Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirən Azərbaycan məhz Sizin rəhbərliyinizlə bu cür heyrətamiz uğurlara nail olub. Mən Sizə Heydər Əliyevin, zənnimcə, ən əsas vəsiyyətlərindən birini yerinə yetirdiyinizə görə də təşəkkür etmək istəyirəm. Bu, Sizin böyük Rusiya, böyük rus xalqı ilə hərtərəfli əlaqələrin və dostluğun, strateji əməkdaşlığın möhkəmləndirilməsi naminə yorulmadan göstərdiyiniz qayğıdır".

yap.org.az

Digər xəbərlər