Siyasət

  • 3 792

Ağstafa rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş mini futbol çempionatı başa çatıb

image

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş mini futbol üzrə Ağstafa rayon çempionatının final mərhələsi keçirilib.

Final oynunda Ağstafa rayon Polis Şöbəsinin komandası ilə FHN-in Yanğından Mühafizə İdarəsinin komandası qarşılaşıb. Gərgin keçən oyunda FHN-in Yanğından Mühafizə İdarəsinin komandası qələbə qazanaraq birinci yerə çıxıb.
Mükafatlandırma mərasimində Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib. Onun sözlərinə görə, 1993-cü ilin iyununda ölkənin vətəndaş müharibəsi, xaos, anarxiya və iqtisadi tənəzzül mərhələsində olduğu ağır siyasi dönəmdə Ulu öndərin Bakıya dönüşü xalqımızın və müstəqil respublikamızın taleyində qurtuluş anına çevrilib: «Ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan son 15 ildə Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla irəliləyir, böyük quruculuq və inkişaf salnaməsinə imza atır».
Sonra qalib komandalara kubok və qiymətli hədiyyələr təqdim edilib.

yap.org.az

Digər xəbərlər