Siyasət

  • 4 033

Pirallahıda Ulu Öndərin anadan olmasının 95 illiyi ilə əlaqədar fləşmob təşkil olunub

image

Pirallahı rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilir.

Rayonda müxtəlif idman növləri üzrə turnirlər, orta məktəblərdə inşa yazı, rəsm, şer, mahnı müsabiqələri təşkil olunub, Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılıb, hər həftənin şənbə günləri iməciliklər təşkil edilərək yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilib, yüzlərlə ağac, təbii güllər əkilib.
Keçirilən tədbirlərin yekunu kimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin təşəbbüsü ilə fləşmob hazırlanıb. “Gənclik onun imzasıdır” adlı layihə çərçivəsində 200 nəfərdən çox gəncin iştirakı ilə ulu öndər Heydər Əliyevin canlı imzası yaradılıb.

yap.org.az

Digər xəbərlər