Siyasət

  • 3 771

Hicran Hüseynova: Bu il ölkəmiz mühüm tarixi hadisələr yaşayır

image

«Bu il ölkəmiz mühüm tarixi hadisələr yaşayır. Mühüm hadisələrdən sırasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi və Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyini qeyd edə bilərik. Ötən ay keçirilən prezident seçkilərində xalqımız tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verərək İlham Əliyevi yenidən dövlət başçısı seçdi. Təkcə AXC-nin yaranması deyil, həm də qadınlarımızın seçib-seçilmək hüququnun 100 illiyini qeyd edən xalqımız, xüsusilə də qadınlarımız hər zaman olduğu kimi, bu seçkilərdə də fəallıq göstərdilər. Bununla da onlar sübut etdilər ki, hələ XX əsrin əvvəllərində bu hüququ əldə etməklə cəmiyyətimizin həyatında aparıcı qüvvədirlər». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.H.Hüseynova bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin həyata keçirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, qadınlarımız əldə etdikləri uğurlara görə hər zaman Ulu öndəri böyük hörmət hissi ilə yad edirlər. Bu gün isə həmin siyasətin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daha da gücləndirilməsinin şahidiyik.«Qəbul olunan bir sıra dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, elmi, mədəni həyatında qadınların rolunun artırılmasında böyük əhəmiyyət daşıyır. Dövlətimiz tərəfindən həyata keçirilən innovasiya siyasəti yeni bilik və texnologiyaların istehsalı, yayılması və tətbiqi üçün lazım olan şəraitin yaradılmasını nəzərdə tutur»-deyə, Dövlət Komitəsinin sədri vurğalyıb.

yap.org.az

Digər xəbərlər