Eldar İbrahimov: Azərbaycan aqrar sahədə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindədir

«Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan aqrar sahədə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindədir. Hazırda ölkəmizdə ərzaq məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına tam təmin olunur və yaxın vaxtlarda sahibkarlarımız qloballaşan dünya iqtisadiyyatında yüksək rəqabətə davamlı kənd təsərrüfatı və ərzaq məhsulları ilə xarici bazarlara çıxmaq imkanlarını daha da genişləndirəcəklər». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.E.İbrahimov bildirib ki, son illər ərzində Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu öndərimiz Heydər Əliyevin ideyaları bu gün yaşayır və zəfər çalır.«Biz hamımız inanırıq ki, Prezident İlham Əliyevin cənablarının rəhbərliyi ilə Azərbaycan Respublikası gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır»-deyə, komitə sədri vurğulayıb.

yap.org.az