Siyasət

  • 4 286

Politoloq: "Paşinyan bölgəni müharibəyə sövq edə bilər"

image

“Ermənistan baş naziri Nikol Paşinyan Xankəndinə səfəri zamanı Azərbaycan dövlətinin ünvanına söylədiklərinə görə cavab verməli olacaq”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Səfərin Dağlıq Qarabağ münaqişəsi üçün müsbət heç nə vəd etmədiyini dilə gətirən politoloq söyləyib ki, əksinə Paşinyan Dağlıq Qarabağ ermənilərini ruhlandırmağa çalışır: “Bu səfər bütünlüklə Paşinyanın qondarma “Dağlıq Qarabağ Respublikası” ideyasına sədaqətini nümayiş etdirdi. Bu nöqteyi-nəzərdən Xankəndinə səfər münaqişə üçün təhlükəli məqamlardan biridir”.Q.Hüseynli qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün Paşinyan normal siyasət yürütməyə başlamalıdır: “Əks halda, son sözü Azərbaycan ordusu demək məcburiyyətində qalacaq”Politoloq vurğulayıb ki, Paşinyan bölgəni müharibəyə sövq edə bilər: “Hazırda danışıqlar prosesi dalana dirənib. Bundan başqa yeni baş nazir də bu haqda danışmır və elə şərtlər irəli sürür ki, bu şərtlər danışıqlar prosesinin imtinası deməkdir. Misal üçün Paşinyan bildirir ki, danışıqlar prosesində Dağlıq Qarabağ da iştirak etməlidir. Belə olan halda, danışıqlar prosesi heçə enmiş olur”

sia.az

Digər xəbərlər