Siyasət

  • 3 902

Hikmət Hacıyev: “Paşinyanı da eyni aqibət gözləyir”

image

“Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndinə səfəri növbəti bir provokativ addımdır. Paşinyanın özü də çox yaxşı başa düşür ki, Ermənistanın çox ciddi sosial-iqtisadi problemləri vardır. Həmin problemlərin də heç bir həlli yoxdur”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.XİN sözçüsünün sözlərinə görə, Ermənistan ictimaiyyəti Paşinyandan bu problemlərin həlli ilə əlaqədar konkret nəticələr gözləyir: “Belə olduğu təqdirdə o yenə də Ermənistan siyasi rejimləri üçün xarakterik bir şəkildə Dağlıq Qarabağ mövzusunda müraciət edərək ictimai fikri manipulyasiya etməyə çalışır. Paşinyanın Xankəndinə səfəri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər də danışıqlar prosesinin ruhuna tamamilə ziddir. Bu fikirlərin reallıqla heç bir əlaqəsi yoxdur. Danışıqlar prosesinin predmeti, müzakirə olunan mövzular və münaqişənin həll edilməsi ilə bağlı siyasi hüquqi əsaslar artıq hər kəsə bəllidir. Burada ilk növbədə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Əgər Paşinyan da öz sələflərinin siyasətini davam etdirəcəksə onu da eyni aqibət gözləyir”.

sia.az

Digər xəbərlər