Siyasət

  • 4 064

Azərbaycanın və İranın limanları arasındakı əməkdaşlıq hər iki ölkə üçün faydalıdır

image

İranın və Azərbaycanın Xəzər dənizindəki limanları arasında əlaqələrin genişləndirilməsi hər iki ölkənin maraqlarını əks etdirir.Bu sözləri İranın Limanlar və Dənizçilik Təşkilatının rəisi müavini Hadi Haqqanəş deyib.

Onun sözlərinə görə, əlaqələrin genişlənməsi tranzit yüklərin həcminin artmasına və bununla da hər iki ölkənin büdcəsinə əlavə vəsaitlərin daxil olmasına şərait yaradar. Bununla yanaşı, yüklərin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Cənub-Şərqi Asiya ölkələrindən İran və Azərbaycan üzərindən Avropaya daşınması da təkmilləşər. İranın Xəzər dənizindəki limanlarından yüklər Azərbaycanın limanlarına oradan isə Avropaya daşına bilər.
H.Haaqanəş bildirib ki, iki ölkənin limanlarının əməkdaşlıq əlaqəsi qarşılıqlı ticarət əlaqələrinin və turizm sənayesinin də inkişafına zəmin yaradar.

yap.org.az

Digər xəbərlər