Siyasət

  • 3 839

"Ermənistan səfalət içində daima Rusiyadan asılı vəziyyətdə qalacaq" AÇIQLAMA

image

“Nikol Paşinyan bir müddət öncə Rusiya, Avropa Birliyi, İran və Gürcüstan səfirləri ilə görüşmüşdü. Göründüyü kimi, o, həm Qərbə, həm də region ölkələrinə meyllilik nümayiş etdirməklə balansı qorumağa çalışır. Bəzi müşahidəçilər şübhə etmir ki, Nikol həm də Rusiyanın iradəsinə uyğun hərəkət edir. Çünki sanksiyalarla üz-üzə qalan Rusiya Ermənistan adlı yükdən xilas olmaq üçün Ermənistanı müəyyən müddət üçün sərbəst buraxmağı faydalı sayır. Sözsüz ki, bu, müəyyən dövr üçün düşünülə bilər”. Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.Onun sözlərinə görə, Ermənistan Avropa İttifaqı ilə əməkdaşlıq oyununda müəyyən vəsaitlər əldə edib yenidən Rusiyanın yanına qayıda bilər: “Necə ki, ötən il Ermənistanın NATO təlimlərində iştirakı Putinlə razılaşdırılmışdı, lakin sonuncu təlimə qatılmaqla bağlı qərar son anda ləğv edildi - Sərkisyan Soçidə Putinlə görüşən zaman. Çox güman ki, bu dəfə də Ermənistandakı proseslər Rusiyanın dirijorluğu ilə cərəyan edir və Paşinyanın ilk xarici səfərini Rusiyaya etməsi də bundan xəbər verir. Əks təqdirdə, Paşinyanı aradan götürmək Rusiya üçün çox asan idi. “Rusiyanı Ermənistanın strateji tərəfdaşı hesab edirik. Hərəkatımız bu münasibətlərə təhlükə yaratmır”, bunu da Paşinyan deyib.“Gözlənildiyi kimi, Paşinyan ilk səfərini məhz Dağlıq Qarabağa etdi və bununla da ona satqın damğası vuranları təkzib etməyə cəhd göstərdi. Məlumdur ki, bütün Ermənistan rəhbərləri öz ilk səfərlərini məhz Dağlıq Qarabağa edirlər və bununla da iqtidara gəlmək üçün hansı kartdan istifadə edildiyini göstərirlər. Deməli, Paşinyanın da hələlik kursu dəyişmək istəyi yoxdur”, deyən A.Nağıyev bildirib ki, bu addım Ukrayna və Gürcüstan variantından seçilir: “Yəni fərq ondan ibarətdir ki, korrupsiya ilə mübarizə adı altında başlanılan inqilablar Rusiya ilə kifayətlənmədən, Qərbə doğru addımlar atmaqdan ibarətdir. Hələ bu, Ermənistanda baş vermir. Paşinyan nə qədər başa salmağa çalışsa da ki, korrupsiyanın kökündə Sərkisyan və onun klanı durur, əsas məsələ məhz geosiyasi, daha doğrusu, Dağlıq Qarabağ məsələsinin həll edilməməsidir. Bu, Ermənistan üçün ən böyük problemdir, bunu artıq bütün vətəndaşlar dərk edir. Paşinyan bunu başa salmaq üçün böyük imkana malikdir. O da bilir ki, Dağlıq Qarabağ məsələsi nə qədər ki, həll edilməyib, Ermənistan səfalət içində olacaq və daima Rusiyadan asılı vəziyyətdə qalacaq. Lakin bunun əksinə olaraq, Paşinyan variant kimi kursun dəyişməyəcəyini göstərməyə çalışır. O, çalışacaq ki, lider olduğunu sübuta yetirsin, yeni parlament seçkiləri keçirməyə nail olsun. Lakin bununla erməni vətəndaşının iqtisadi vəziyyəti düzəlməyəcək, əksinə o öz hörmətini itirib gözdən düşəcək, vətəndaş isə yenə kasıblıq və səfalət içində qalacaq. Çünki Dağlıq Qarabağ münaqişəsi həll edilmir. Bu isə məlumdur ki, Rusiyanın ən böyük istəyidir”

sia.az

Digər xəbərlər