Siyasət

  • 5 496

Fikrət Sadıqov: "Paşinyanın bəyanatları onun savadsızlığının göstəricisidir" AÇIQLAMA

image

“Ümumiyyətlə, Nikol Paşinyan çox ziddiyətli şəxsdir və onun heç bir siyasi təcürbəsi yoxdur. Onun indiyədək fəaliyyəti müxalifətə rəhbərlik etmək, insanları hakimiyyətə qarşı ayağa qaldırmaqdan ibarətdir. Hətta o, həbsdə də olub. Bütün bunlar əlbəttə ki, dövləti inkişaf etdirmək və ölkələrlə münasibətlər qurmaq üçün kifayət deyil”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Onun sözlərinə görə, Paşinyanın bundan sonra Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb problemin ətrafında müzakirə və danışıqlar aparması sual altındadır: “Yeni baş nazir Dağlıq Qarabağla bağlı sərt, reallığa uyğun olmayan bəyanatlar verir. Paşinyanın münaqişə ilə bağlı danışıqlarda Dağlıq Qarabağın qurum kimi iştirak etməsi ilə bağlı səsləndirdiyi fikirlər onun bir sıra sənədlərdən xəbərsiz olduğunu göstərir”.Politoloq qeyd edib ki, əgər Paşinyan baş nazirlik fəaliyyətini davam etmək istəyirsə, o zaman ölkənin həm daxili, həm də xarici siyasətindən xəbərdar olmalıdır: “Paşinyanın xəbəri yoxdur ki, 1990-cı illərin əvvəlində ATƏT-in Minsk qrupu yarananda orada tərəf kimi Azərbaycanla Ermənistanın adı çəkilir. Heç bir sənəddə “Dağlıq Qarabağın” ayrıca qurum kimi danışıqlarda iştirak etməsi əks olunmur. Əgər Paşinyan bunun əksini istəyirsə, o zaman erməni icması, azərbaycanlı icması ilə danışıqlar aparmalıdır. O münaqişənin həlli ilə bağlı istiqamətləri bilməlidir. Paşinyanın təcrübəsiz olması ilə yanaşı, savadı da hiss olunmur. Onun müxtəlif dilləri bilməsi heç də onun savadının göstəricisi deyil”.F.Sadıqov söyləyib ki, Paşinyanın münaqişə ilə bağlı sərt bəyanatları Ermənistanın maraqlarına uyğun deyil: “Əgər o, düşmən ölkədə yoxsulluq, miqrasiya, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasına qarşı mübarizə aparmaq istəyirsə, o zaman siyasi kursunu dəyişməlidir. Bu cür bəyanatlar, belə siyasətlə onlar heç nəyə nail ola bilməyəcək. Əgər Paşinyan Azərbaycanın gücünü görmək istəyirsə, o zaman öz siyasətini davam etsin. Ermənistan tərəfinin məsələnin həllində sağlam düşüncəyə malik olması əsas şərtlərdəndir. Əks halda, Ermənistanın hazırki vəziyyətdən çıxmaq şansı sıfıra yaxındır”.

sia.az

Digər xəbərlər