Siyasət

  • 3 531

Sahib Alıyev: “Bu düşmənçiliyi aradan qaldıracağımızı vurğulamalıyıq” ŞƏRH

image

“Leontyev "hay"lardan onları təhqir etdiyinə görə üzr istəyib və o, "Rusiyanın yaxın müttəfiqi Ermənistanın" taleyindən narahatlıq keçirdiyi üçün hirslənib özündən çıxdığını deyib. Bu cür jirinovskisayaq hərəkətləri biz Rusiya təmsilçilərində ilk dəfə deyil görürük. Özləri bilərlər, necə deyərlər, öz "hay"larıdır, təhqir də edərlər, üzr də istəyərlər. Ancaq məni bir azərbaycanlı kimi narat edən Jirinovski, Leontyev və digərlərin hayları söyəndə mütləq ölkəmizin də adını hallandırmalarıdır. Çoxlarından fərqli olaraq onların bu hərəkətlərinin nəinki bizim marağımıza cavab verdiyini, əksinə əleyhimizə yönəldiyini düşünürəm”. SİA-nın verdiyi məlumata görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, daşnaklar azmış kimi leontyevlər də bu yolla azərbaycanlıları "hay"ların əbədi düşməni kimi təqdim edirlər: “Bəli, biz düşmənik. Ancaq torpaqlarımzın işğalına yönəldilmiş, regionda qarşıdurma və düşmənçilik toxumunun səpildiyi siyəsətə düşmənik. Söhbət xalqdan gedirsə, biz "hay"lara düşmən deyilik, leontyevlərin təqdim etməyə çalışdıqları kimi onlar üçün xoxan da deyilik. Əslində əgər kimlərinsə əlində alət olmasalar, öz potensiallarına və milli maraqlarına uyğun siyasət yeritmək istəsələr, "hay"lar görərlər ki, düşdükləri vəziyyətdən çıxış yolu məhz Azərbaycanla əməkdaşlıqdan keçir.Fikrimcə, özəlliklə də beynəlxalq müstəvilərdə edilən çıxışlarda Ermənistandan söz düşərkən biz məsələnin məhz bu tərəfini qabartmalıyıq. "Hay"lara düşmən olmadığımızı, əksinə onlarla bizi düşmənləşdirən siyasətə, yəni Azərbaycan torpaqlarının işğal altında saxlanmasına düşmən olduğumuzu və hər nə yolla olura-olsun, həmən torpaqları azad edib, bu düşmənçiliyi aradan qaldıracağımızı vurğulamalıyıq”.

sia.az

Digər xəbərlər